Bakıda evə basqın, kişi öldürüldü, həyat yoldaşı yaralıdır

Bakıda evə basqın, kişi öldürüldü, həyat yoldaşı yaralıdır

Paytaxtda naməlum şəxslər evə basqın ediblər

Bakucity.az xəbər verir ki, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində iki nəfər naməlum şəxs yaşayış evinə basqın ediblər. 

Onlar ev sahibləri 1979-cu il təvəllüdlü Araz Sofiyev və həyat yoldaşı Rəna Sofiyeva bıçaqla xəsarət yetiriblər. Nəticədə A.Sofiyev aldığı xəsarətlərdən dünyasını dəyişib.

Naməlum şəxslər evdən 5000 ABŞ dolları aparıblar.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxslərin tapılması istiqamətində axtarış-əməliyyat tədbirləri həyata keçirilir. (Report)

Faktla bağlı araşdırma aparılır. 

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər