Bakıda islam ölkələrinin kulinariya yarışı keçiriləcək

Bakıda islam ölkələrinin kulinariya yarışı keçiriləcək

Tədbirdə 20-dən çox xarici ölkədən qonaqlar iştirak edəcək

Bakucity.az xəbər verir ki, iyulun 15-dən 19-dək Bakıda I Dünya İslam Kulinariya Konqresi, Dünya İslam Kulinariya Təşkilatının II konfransı, II İslam Kulinariya çempionatı keçiriləcək.

Tədbir çərçivəsində halal qida sərgisi, aşpaz və qənnadçıların halal kulinariya çempionatı, WICS kateqoriyalı kulinariya münsifi kursları keçiriləcək.

Münsif kursları tanınmış xarici mütəxəssislər tərəfindən aparılacaq, sonda müdavimlərə sertifikatlar veriləcək.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Azərbaycan Milli Kulinariya Mərkəzi, İslam Ölkələri Kulinariya Təşkilatlarının Dünya Birliyi, Azərbaycan Milli Kulinariya Assosiasiyası, “Azərsun Holding” şirkətlər qrupunun təşkilatçılığı 

Kulinariya çempionatı 11 kateqoriyada keçiriləcək. Bu kateqoriyalar içərisində ilk dəfə olaraq restoranlar arasında milli toy, nişan süfrəsi yarışları, otel və restoranlar arasında Azərbaycan səhər yeməyi süfrəsi yarışı keçiriləcək.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər