Bakıda istirahət mərkəzlərinin sahibləri cəzalandırıldı

Bakıda istirahət mərkəzlərinin sahibləri cəzalandırıldı

Paytaxt çimərliklərində reydlər davam etdirilir

Bakucity.az xəbər verir ki, Daxili İşlər Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi növbəti iyulun 5-də paytaxtın Türkan qəsəbəsi ərazisində keçirilib. Reyd zamanı çirkab suların dənizə axıdılması faktları aşkar edilib və “Voyaj”, “Park Riyad”, “Caspian Beach” istirahət mərkəzlərinin sahibi və icarədarları İnzibati Xətalar Məcəlləsinin 233 və 264-cü maddələrinin tələblərini pozduqlarına görə barələrində protokollar tərtib edilib. 

Bu istiqamətdə tədbirlər davam etdirilir. 

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər