Bakının qəsəbəsində dini kollec açılacaq

Bakının qəsəbəsində dini kollec açılacaq

Dini kolleclərin açılmasına dövlət səviyyəsində razılıq verilib

Bakucity.az xəbər verir ki, həmin kollecin maddi-texniki bazası və digər məsələlərlə bağlı işlər gedir.

Bu barədə müsahibəsində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi bir neçə bölgədə dini kolleclərin açılması ilə bağlı hazırlıq işləri həyata keçirir. Onların arasında Nardaran qəsəbəsi də var:

“Nardaranda bir, Lənkəranda, Gəncədə, Quba-Xaçmaz bölgəsində dini kolleclərin açılması istiqamətində hazırlıq işləri görülür. Bu proses yekunlaşdıqdan sonra bu bölgələrdə kolleclərin açılması nəzərdə tutulub. Həmin kolleclər bir növ İlahiyyat İnstitutunun alt qurumu rolunu oynayacaq”. (APA)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər