Bakıda yay məktəbi fəaliyyətə başladı

Bakıda yay məktəbi fəaliyyətə başladı

“ADA – Avropa Birliyi 2019” 4-cü yay məktəbi fəaliyyətə başlayıb

Bakucity.az xəbər verir ki, ADA universitetində “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə 160 şagirdin iştirak etdiyi yay məktəbi dörd həftə davam edəcək.

Yay məktəbində şagirdlərə tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, təkrar emal, ekoloji layihələrin idarə olunması və s. barədə ətraflı məlumat veriləcək və məktəblilər üçün intellektual oyunlar təşkil olunacaq.

Yay məktəbində iştirakçılara müxtəlif mövzularda mühazirələr oxunacaq.

İştirakçılar təkrar emal müəssisələrinə səfər edəcək, tullantıların utilizə prosesini əyani şəkildə izləyəcəklər. (Qafqazinfo.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər