Bakının bazarlarında pomidor və xiyar niyə bahalaşıb?

Bakının bazarlarında pomidor və xiyar niyə bahalaşıb?, Oral Aliyev

Hər iki məhsulun qiymətində 40-60 qəpik bahalaşma var

Bakucity.az xəbər verir ki, bir neçə gündür ki, Bakının meyvə-tərəvəz bazarlarında pomidor və xiyarın qiyməti bahalaşıb. 

Bahalaşmaya səbəb isə istehsal edilən məhsulun böyük hissəsinin xaricə satılmasıdır. Nəticədə məhsul qıtlığı yaranıb. 

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən bildirdilər ki, pomidor və xiyarın qiymətində nəzərə çarpan qiymət artımı ixracın artması ilə bağldır:

''Hazırda bazardakı məhsulların yarısı istixanada yetişdirilir. Açıq sahədə becərilən pomidor və xiyar tam olaraq bazara çıxarılmayıb.

Yaxın müddətdə açıq sahədə yetişdirilən məhsul kütləvi şəkildə yığılaraq bazara çıxarıldıqdan sonra qiymət avtomatik olaraq ucuzlaşacaq''. (Xəzər xəbər)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər