Bakıda tarixi filmlərin çəkildiyi bina acınacaqlı durumdadır - FOTO / ARAŞDIRMA

Bina istifadəyə veriləndən əsaslı təmir olunmayıb          

Bakının Yasamal rayonunda yerləşən və 500-ə yaxın otağı olan Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının binası hazırda acınacaqlı vəziyyətdədir. Bir əsrə yaxın yaşı olan binada sonuncu dəfə 40 il əvvəl təmir işləri aparılıb, əsaslı təmir isə heç vaxt olmayıb. 

Maraqlıdır, bu binanın təmiri nəzərdə tutulubmu? Hazırda kinostudiyada dövlət sifarişi ilə filmlər çəkilirmi? Kinostudiyanın balansında olun avadanlıqlar, geyimlər və aksesuarlar qorunurmu? 

Bakucity.az-ın bu suallarını kinostudiyanın direktoru Müşfiq Hətəmov cavablandırıb.

M. Hətəmov: “Kinostudiyanın binasında 30-40 il əvvəl təmir işləri aparılıb”

Müşviq Hətəmovun sözlərinə görə, bina istifadəyə verildiyi 100 ilə yaxın müddətdə heç vaxt əsaslı təmir olunmayıb:

“Kinostudiyaya direktor vəzifəsinə gəldiyim dövrdə (2011-ci il) pavilionlarda, otaqlarda və dəhlizlərdə daxili hesabımıza bəzi təmir işləri aparmışıq ki, studiya fəaliyyət göstərsin. Daha sonra məlum olduğu kimi, dövlətin də maliyyə dəstəyi ilə fransız şirkəti tərəfindən kinostudiyanın əsaslı təmiri üçün konseptual layihə işlənib hazırlandı, amma devalvasiya dövrünə düşdüyü üçün işlər dayandırıldı. Dəqiq vaxt deyə bilməsəm də, bilirəm ki, yaxın gələcəkdə kinostudiyanın yenidən qurulması nəzərdə tutulub”.

Kinostudiyada sadəcə film çəkilmir

Müşfiq Hətəmov bildirib ki, hər yerində belə kinostudiyalar var və onlar demək olar ki, sadəcə filmlərin istehsalı ilə məşğul olmur:

“Bu gün “Azərbaycanfilm” kinostudiyasında dövlət və özəl studiyalara fəaliyyət göstərmələri üçün şərait yaradırıq. Kinostudiyanın binasında 500-ə yaxın otaq var və burada “Səlnamə”, “Yaddaş”, “Mozalan” kimi dublyaj studiyaları, "İctimai" TV, AZTV və s. televiziyalarımız, özəl studiyalar povilyonlarımızdan istifadə edərək öz layihələrini həyata keçirirlər. Dünya təcrübəsində də bu tipli studiyalar əsasən belə fəaliyyət göstərir”. 

Kinostudiyanın balansında olun qədimi geyim və aksesuarlara gəlincə, direktor bu xəzinənin yüksək səviyyədə qorunub saxlandığını deyib:

“Bizim böyük geyim mərkəzimiz, dekorasiya seximiz, protexniki studiyamız da var ki, biz bu bazanı daha da inkişaf etdiririk. Bura təkcə kinostudiya kimi yox, həm də ölkə tarixini, keçmişi canlandırmaq üçün dövrlərə aid əşyaların toplanmasında əvəzsiz rola malik muzeydir. Biz bütün bu bazanı xüsusi diqqətlə qoruyub saxlayırıq”.

Direktor kinostudiyanın üzləşdiyi maliyyə problemlərinə baxmayaraq, çəkilən yeni filmlərdən də danışıb: 

“Son iki ildə maliyyə ilə bağlı ciddi problemlərimiz var idi, amma hazırda fəaliyyətimizi dayandırmamışıq, müşdərək filmlərin (iki qısa və tammetrajlı) çəkilməsinə nail olmuşuq. Hazırda “Azərbaycanfilm” kinostudiyasının nəznində “Gənc sinemaçılar” klubu da fəaliyyət göstərir ki, burada azərbaycanda və xaricdə yaşayan istedadlı gənclər filmlər çəkir, özlərini sınaqdan keçirirlər. 

Cənab prezident tərəfindən ölkədə kinonun inkişafına dair konsepsiyanın hazırlanması üçün sənədlər imzalanıb, vəsait ayrılıb və biz də öz təkliflərimizi artıq Mədəniyyət Nazirliyinə təqdim etmişik ki, fəaliyyətimizi daha da genişləndirək. Bundan əlavə, nazirlik tərəfindən keçirilən kino müsabiqəsinin də yekunlarıdır, yaxın ügnlərdə tammetrajlı filmlərin çəkilişinə başlayacağıq”.

Nəriman Əliyev: “Heç bir tikilinin əsaslı təmiri üçün qoyulan müddət bir əsrdən çox deyil”

Dövlət Memarlıq və İnşaat Universitetinin professoru, Əməkdar memar Nəriman Əliyev bidlirib ki, inşa olunan bina nə qədər gözəl, möhkəm olursa olsun, o müəyyən vaxtdan sonra təmir edilməlidir:

"Təəssüf ki, C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının binası bu vaxata qədər əsaslı təmir edilməyib.

Bütün tikilmiş binaların yenidən möhkəmləndirilməsinə ehtiyyac var. Təmirin neçə ildən bir olmasına gəlincə, bu, binanın tikildiyi yerin, bünövrəsinin xüsusiyyətinə görə planlaşdırıla bilər. Xüsusilə binanın necə tikildiyi və necə istifadə olunduğu önəmlidir, eləcə də binanın bünövrəsində lay sularının nə vəziyyətdə olması vacibdir. Amma heç bir tikilinin əsaslı təmiri üçün qoyulan müddət bir əsrdən çox deyil, bu dəqiqdir”. 

Ən məşhur Azərbaycan filmləri bu kinostudiyada çəkilib

1920-ci ildən təməli qoyulan “Azərbaycanfilm” kinostudiyasında Azərbaycanın kino tarixinə adı qızıl hərflərlə yazılan “Arşın mal alan”, “Fətəli xan”, “Bakının işıqları”, “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Uzaq sahillərdə”, “Ögey ana”, “Bir qalanın sirri”, “Bir cənub şəhərində”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Ad günü”, “Qaynana”, “İstintaq”, “Gün keçdi”, “Şərikli çörək”, “Hacı Qara”, “Sevil”, “Bakılılar”, “Bəxtiyar”, “Sovqat”, “Biz Bakını müdafiə edirik”, “Bakı döyüşür”,  son iyirmi il ərzində “Ağ atlı oğlan”, “Haray”, “Ümid”, “Sarı gəlin”, “Biz qayıdacaqıq”, “Yalan”, “Arxada qalmış gələcək”, “Girov”, “Dolu”, “Yarımçıq xatirələr”, “Nabat”, “Çölçü”, “Axınla aşağı”, “Nar bağı”, “Qırmızı bağ”, “İçəri şəhər”, “Dərs”,  “Məhkumlar”, “İstanbul reysi”, “Əlavə təsir”, “Buta”, “Qisas almadan ölmə”, “Keçmişdən məktublar”, “Sübhün səfiri”, “Mahmud və Məryəm”, “Qala” və s. kimi yüzlərlə bədi və sənədli filmlər çəkilib. 

Xatırladaq ki, “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda yer alan çoxsaylı göstərişlərlə yanaşı, film istehsalı üçün nəzərdə tutulmuş texniki xidmətlərə malik, ən müasir səviyyədə texnoloji avadanlıqla təchiz edilmiş Film İstehsalı Mərkəzinin yaradılması da nəzərdə tutulub.

Ramilə Qardaşxanqızı

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
50 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Avtomobillərə ciddi ziyan dəyib Nərimanov rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Qəza Əhməd Rəcəbli küçəsində qeydə alınıb. BakuCity.az Oxu.az-a istinadən məlumat verir ki, Qənbərov Seyfəddin Kərəməli oğlu idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən geriyə dönmə əməliyyatı etmək istəyib. Lakin arxadan gələn nəqliyyat vasitələrini gözləmədiyindən qəzaya səbəb olub. Belə ki, arxada hərəkət...
Cəmiyyət
Qatarlar yeni cədvəl üzrə hərəkət edəcək Azərbaycanda sərnişin qatarlarının maksimal hərəkət sürətlərinin artırılması ilə əlaqədar olaraq 8 dekabr 2019-cu il tarixdən etibarən beynəlxalq və ölkədaxili sərnişin qatarlarının 2019/2020-ci illər üçün yeni hərəkət cədvəli tətbiq ediləcək. “Azərbaycan Dəmir Yolları” QSC-dən BakuCity.az-a verilən məlumata görə, Bakı-Tbilisi-Bakı marşrutu ilə hərəkət edən beynəlxalq sürət qatarının yolda olma müddədti 55 dəqiqə, B...
Ekologiya
Mülayim külək əsəcək İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, paytaxtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin dekabrın 8-də axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperatu...
Mədəniyyət
2000-dən çox  yeni ağac əkilib Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın  bir gün ərzində 650 min ağacın əkilməsi bağlı təşəbbüsünə uygun olaraq Azərbaycanın hər yerində olduğu kimi Bakıda da geniş miqyaslı ağacəkmə kampaniyaları təşkil olunb. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Bakucity.az-a verilən məlumata görə, aksiyanın əsas məqsədi şairin  dünya ə...
Cəmiyyət
Maarifləndirici materiallar da paylanılıb Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə əməkdaşlığı ilə 6 dekabr 2019-cu il tarixdə Dənizkənarı Milli Parkda “Hərəkətdə ol!” sağlamlıq yürüşü keçirilib. BakuCity.az xəbər verir ki, yürüşün təşkilində əsas məqsəd əhalini bir çox xəstəliklərin əsas risk faktoru olan fiziki passivlikdən uzaq o...
Cəmiyyət
Maşının təkərləri yerdən üzülüb Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan daha bir avtomobil kameralara düşüb. BakuCity.az News24.az-a istinadla xəbər verir ki, Heydər lıiyev prospektində - ASK Arena stadionunun qarşısında “Toyota Prado” markalı, 99 AG 835 nömrə nişanlı avtomobilin sürücüsü qadağan edilmiş yerdə zolağı dəyişmək istəyib. Bu məqsədlə o ayırıcı zolağın üstünə çıxıb. Lakin ayırıcı sədd hündür olduğundan maşının təkərləri yerdən üzülü...
Hadisələr
Dişi sınıb Bakıda döyülmə hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Yasamal rayonu S.Əsgərova küçəsi, 77 ünvanında yerləşən “Ləziz” kafesində qeydə alınıb. Hacıyev Səbuhi Səxavət oğlu kafedə tanıdığı şəxslə mühabisə edib. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Dava zamanı Azər adlı şəxs S.Hacıyevin sifət nahiyəsinə yumruqla vuraraq onun dişini sındırıb. Həmçinin oxu: Bakıda “ayıq sürücü” 60 yaşlı müştərini xəs...
Cəmiyyət
Səsiniz olmasa belə, sevdiyiniz xarici və yerli mahnıları zümzümə edin Bakıda təxminən 2000-ci illərdə peyda olmağa başlayan karaoke-klublar hazırda əksər paytaxt sakini, xüsusilə də gənclər üçün ən sevimli musiqili-əyləncəli məkandır. Yapon dilindən tərcümədə “kara - boş, oke - orkestr” – yəni “boş orkestr” mənasını verən karaokedən insanlar bir növ öz streslərini atmaq, istedadlarını göstərmək, özlərini sanki səhnədə hiss etmək üçün istifadə edirlər. Bu...
Siyasət
"Faşizm üzərində qələbənin 75 illiyi yaxınlaşır, siz kimə abidə qoymusunuz?" Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ermənistanın ərazi idarəçiliyi və infrastruktur nazirinin müavini Armen Simonyanın bu gün Bakıda keçirilən Avropa-Qafqaz-Asiya dəhlizinin (TRACECA) inkişafı üzrə Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında "Fəxri xiy...