Bakıda avtomobil yolu keçən qadını vurdu

Bakıda avtomobil yolu keçən qadını vurdu, Oral Aliyev

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Bakucity.az xəbər verir ki, iyulun 8-də Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini E.Əmrəliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Püstə Cəfərovanı vurub.

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Qeyd edək ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər