Bakıda "Land Cruiser" işıq dirəyinə çırpıldı - VİDEO

Bakıda "Land Cruiser" işıq dirəyinə çırpıldı - VİDEO, Oral Aliyev

Sükan arxasında yuxulayan sürücülər qəza törətdi

Bakucity.az xəbər verir ki, Heydər Əliyev prospekti, Bakı Olimpiya stadionunun qarşısında baş verən iki qəza anı kameraya düşüb.

İlk videoda “Tayota Land Cruser” markalı avtomobil idarəetməni itirərək işıq dirəyinə çırpılır. Ardınca dirəyi aşıraraq yolun əks istiqamətinə çıxır. Sürücünün sükan arxasında yatması ehtimal olunur.

İkinci video sutkanın qaranlıq vaxtı qeydə alınıb. Bu dəfə də sürücünün sükan arxasında yatması ehtimalı böyükdür. Çünki orta zolaqla hərəkət etdiyi bir vaxtda qəfildən sola burulur. (Avtosfer.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər