Bakıda keçirilən 43-cü sessiya başa çatdı - UNESCO

Bakıda keçirilən 43-cü sessiya başa çatdı - UNESCO

Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası başa çatıb

Bakucity.az xəbər verir ki, sədr Əbülfəs Qarayev bağlanış sessiyasında çıxış edib. O, komitə üzvlərinə, qonaqlara təşəkkür edib.

Dünya İrs Mərkəzinin direktoru Mextild Rössler sessiyasının yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlığını çatdırıb.

Sonra üzv dövlətlərin nümayəndələri çıxış ediblər. 

Qeyd edək ki, UNESCO-nun Bakıda keçirilən 43-cü sessiyasında daha bir neçə nominasiya Ümumdünya İrs Siyahısına salınıb. Bununla da UNESCO-nun Dünya İrs Siyahısında yer alan mədəni irs nümunələrinin sayı 1121-ə çatıb. Bunlardan 869-u mədəni, 213-ü təbii, 39-u qarışıq irs nümunəsidir.

Xatırladaq ki, UNESCO-nun 44-cü sessiyası gələn il Çinin Fuçjuo şəhərində keçiriləcək. (APA)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər