Bakı sakinlərinə şad xəbər var!

Bakı sakinlərinə şad xəbər var!

"Azərsu" ASC Bakıətrafı ərazilərdə yeni layihə həyata keçirəcək

Bakucity.az xəbər verir ki, sözügedən ərazilərdə subasma hallarının qarşısının almaq üçün yağış-kanalizasiya xətlərinin çəkilməsi nəzrdə tutulub.

Bu barədə "Azərsu”nun mətbuat katibi Anar Cəbrayıllı məlumat verib:

“Bakıətrafı qəsəbələrdə kanalizasiya sistemləri demək olar ki, yoxdur. Mövcud olan kanalzasiya xətlərini ya vətəndaşlar, ya da bələdiyyələr çəkib. Bakıətrafı qəsəbələrə kanalizasiya xətlərinin çəkilməsilə bağlı layihələrimiz var. Bu istiqamətdə təkliflər hazırlanır. Yeni layihənin bu il reallaşdırılması nəzərdə tutulur”.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər