Əcnəbi vətəndaşın itmiş əşyaları tapılıb
Bakucity.az xəbər verir ki, Bakı şəhərində müvəqqəti yaşayan Almaniya vətəndaşı Hayke Mökel DİN-in 102 xidmətinə müraciət edib. Buna səbəb isə Nərimanov rayonunda yerləşən idman komplekslərindən birində ona məxsus içərisində 250 manat, şəxsi sənədlər və bankomat kartları olan pul kisəsinin itməsidir.
Polisin həyata keçirdiyi axtarış nəticəsində əcnəbi vətəndaşın pul kisəsi içində olan əşyalar və pulla birlikdə qısa zamanda tapılaraq sahibinə qaytarılıb.
H.Mökel operativliyə və ona həyatı boyu unutmayacağı köməklik göstərdiklərinə görə polis əməkdaşlarına minnətdarlıq edib. (Qafqazinfo.az)
Bakucity.az