Bu il Bakıda yol qəzalarında 77 nəfər ölüb

Bu il Bakıda yol qəzalarında 77 nəfər ölüb

“Təhlükəsiz şəhər” xidmətinin operatorları 2796 hadisə aşkarlayıb

Bakucity.az xəbər verir ki, kameraların arxiv görüntülərindən istifadə edilməklə 123 bağlı cinayət açılıb. 

Bu barədə iyulun 10-da Bakı Şəhər Baş Polis İdarəsində car ilin birinci yarısına həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib. Qeyd edilib ki, 23 soyğunçuluq və quldurluq cinayəti törətmiş 21 nəfərdən ibarət 13 qrup, eləcə də 51 mənzil oğurluğu törədən 67 nəfərdən ibarət 30 cinаyətkаr qrup ifşa olunub, nаrkоtiklərlə bаğlı aşkarlanan 681 fakt üzrə qanunsuz dövriyyədən 303 kiloqramdan çox narkotik vasitə çıxarılıb, istintaqı tamamlanan cinayət işləri üzrə vətəndaşlara dəyən maddi ziyanın 92,8 faizinin ödətdirilməsi təmin olunub.

Paytaxt ərazisində qeydə alınan 244 yol-nəqliyyat hadisəsində 77 nəfər ölüb, 216 şəxs müxtəlif dərəcəli xəsarət alıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 17,6 faiz, ölənlərin sayı 23 faiz, yaralıların sayı isə 15,6 faiz azalıb. (APA)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər