Binəqədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib
Bakucity.az xəbər verir ki, Biləcəri qəsəbəsinin girişində, “Sarı market”in qarşısında “Kamaz”
markalı yük avtomobili yolu keçmək istəyən 40-45 yaşı olan qadını vurub.
Piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. (Baku.ws)