Nərimanov rayonunda intihar hadisəsi baş verib
Bakucity.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Orxan Ağayev özünü yaşadığı evin pəncərəsindən atıb. O. Ağayev hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Hüquq mühafizə orqanlarından verilən məlumata görə, Orxan Ağayevin ölümünün intihar olduğu dəqiqləşməyib.
Hadisənin intihar olub-olmadığı və digər ətraflı məlumatlar prokurorluq tərəfindən araşdırılır.
Sözügedən şəxsin Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əlaslan Ağayevin oğlu olduğu iddia edilir.
(Bakupost.az)
Bakucity.az