Səhər saatlarında Bakı metrosunda nə baş verib? - AÇIQLAMA

Səhər saatlarında Bakı metrosunda nə baş verib? - AÇIQLAMA, Oral Aliyev

Qatarda problem yaranıb, sərnişinlər boşaldılıb

Bakucity.az xəbər verir ki, bu gün səhər saatlarında “Dərnəgül” - “Həzi Aslanov” xətti istiqamətində hərəkətdə olan qatarda texniki problem yaranıb. 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hadisə ilə bağlı bunları deyib:

“Hadisə ötən yay gətirilən yeni qatarlardan birində baş verib. “İnşaatçılar” stansiyasında dayanan qatarın qapılarından birində problem yaranıb. Təhlükəsizlik məqsədilə sərnişinlər boşaldılıb.

Məlumata görə, sərnişinlərdən xəsarət alan olmayıb. Qatardakı problem aradan qaldırılıb və qatar yoluna davam edib. Yaranmış texniki nasazlıq səbəbindən qatarların intervalında 5-7 dəqiqə fasilə yaranıb”. (Oxu.az)

Bakucity.az

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər