Bakıda uşaqlar üçün yay düşərgələri təşkil edilir - QİYMƏT / ARAŞDIRMA

Bu düşərgələrdə övladınız istirahət edəcək, dil öyrənəcək

Yay aylarında valideynləri ən çox düşündürən məsələ uşaqların asudə vaxtını necə təşkil etməkdir. 

Bakucity.az bununla bağlı araşdırma aparıb. Məlum olub ki, Bakıda uşaqların istirahəti üçün maraqlı və qiymət baxımından sərfəli məkanlar az deyil.

Əyləncəli istirahət

“Kidssmile" Uşaq İnkişaf Mərkəzi uşaqlara maraqlı ekskursiya, ustad dərsləri, müsabiqələr, idmanla məşğul olmağı təklif edir. "Dünya ətrfında", "İnsan və təbiət", "Ekologiya və dizayn", "Musiqi və incəsənət", "ingilis dilində danışırıq" mövzularında tematik dərslərə, verilmiş mövzuya aid kino və cizgi filmlərinin nümayişinə xüsusi diqqət ayrılır. Burada transfer və üç dəfə qidalanma nəzərdə tutulub.

“NAN educenter”də qrafik üzrə 3-6 yaş qrupuna 10:00-dan 13:00-a qədər, 7-12 yaş qrupuna isə 10:00-dan 15:00-dək vaxt ayrılıb. Qiyməti də müvafiq olaraq uşağınızın yaşından asılıdır. Düşərgə çox maraqlı və yaradıcı məşğələlər təklif edir: ekskursiyalar, ustad dərsləri, rəsm, mətbəx məşğələləri, və s.

“Elli'sAcademy” yay düşərgəsi "Xəzər dənizinin quldurları", "Qalaktikanın keşikçiləri", "Cəngəllik harayı" kimi dəniz mövzularında uşaqlara tematik əyləncələr təklif edir: 

Bundan başqa, uşaqlar şahmat oynamağı öyrənəcəklər, rəqs, gimnastika, rəsm çəkməklə məşğul ola biləcəklər.  Burada kulunariya ustad dərsləri keçirilir. 

Düşərgəyə 3 yaşdan 8 yaşadək uşaqlar qəbul edilir.

Düşərgə

Həftədə 5 gün

Həftəlik

1 gün üçün

NAN educenter

100-150 AZN

___

35 AZN

KidsSmile

___

9:00 -18:00

150 AZN

___

Elli'sAcademy

___

9:00 -18:00

450 AZN

___

Faydalı istirahət və ya maraqlara görə düşərgələr

Övladınızın xarici dil biliyinin artmasını, yaradıcılıqla məşğul olmağı öyrənməsini istəyirsinizsə, “Mommyandme” yay düşərgəsi sizin seçiminizdir. Burada uşaqlar üçün səhər saat 9-dan axşam 6-ya qədər maraqlı məşğələlər qrafiki hazırlanıb. 

Düşərgəyə 4 yaşından böyük uşaqlar qəbul olunur. Qiymət uşağınızın düşərgədə keçirəcəyi vaxtdan asılı olaraq dəyişir. Burada gündə 3 dəfə qidalanma təşkil olunur.

“Engineeringforkids” elmi-maarifləndirici düşərgənin də oxşar yay istirahət konsepsiyası var. Burada övladınız mühəndisliyin əsaslarını öyrənəcək, 3D çap, robotexnika və s. maraqlı məşğələlərə qatılacaq. Düşərgənin ərazisində elektron konstruktor, model vertolyotlar, tanklar və gəmi yığılması üzrə laboratoriya, eləcə də riyaziyyat, fizika, təbiətşünaslıq sahəsi üzrə məşğələlər keçirilən meydança var. Həmçinin, uşaqlara öz idman vərdişlərini inkişaf etdirmək imkanı da yaradılır.

Məbləğə məşğələlərin keçirilməsi, tədris materialları və rekvizitləri, çay fasiləsi, nahar, düşərgəyə və geriyə transfer, eksrusiya və ekskursiya vaxtı nəqliyyat xərcləri daxilidir.

“NAR Kids Club” da uşaqlara mənalı tətil keçirməyi təklif edir. Burada dil öyrənməklə yanaşı, rəqs, teatr dərnəyi, dizayn, rəsm və kulinariya kurslarında yaradıcılıq bacarıqlarını inkişaf etdirmək mümkündür. Dərslər həftədə beş gün, saat 08:30-19:00 arası keçirilir. 

Düşrəgəyə 6 yaşından 10 yaşınadək uşaqlar qəbul edilir. Qəlyanaltı və üç dəfə qidalanma təşkil olunur.

Əgər övladınızın yay ərzində ingilis dilini öyrənməsini istəyirsinizsə, onda sizə “DASSEL” yay düşərgəsi uyğundur. Bundan əlavə, düşərgədə uşaqlar müxtəlif növ peşə bacarıqları qazanır, lazımi alətlər, onların xüsusiyyətlərini öyrənirlər.  

Düşərgəyə 6 yaşdan 10 yaşa qədər uşaqlar qəbul olunur.

Düşərgə

1 gün üçün

Həftəlik

Aylıq

Həftədə 5 gün

1 gün üçün

Mommyandme

9:00-18:00

20 AZN

300 AZN

400 AZN

___

9:00-14:00

15 AZN

Engineeringforkids

___

260 AZN

___

___

___

NAR KidsClub

___

___

___

8:00-19:00

350 AZN

___

DASSEL

___

___

___

9:00-18:00

500 AZN

___

Züleyxa İsmayılova

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
498 baxış sentyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Hadisə Nərimanov rayonunda qeydə alınıb. Paytaxtda daha bir kişi ailə münaqişəsi zəminində hamilə arvadını döyüb. Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, akademik H.Əliyev küçəsində qeydə alınıb.  1991-ci il təvəllüdlü Q.Q. ailə münaqişəsi zəminində hamilə həyat yoldaşı, 1994-cü il təvəllüdlü N.X.-ya ağır xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Cəmiyyət
Məktəbliyə yeni dərsliklər verilib Atası İlqar Vasilyeviçlə birlikdə zibil yığan 10 yaşlı Anjelinanın məktəb problemi həll olunub. Bakucity.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov yayıb. O bildirib ki, Raskopa Anjelina Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə fərdi təhsilə cəlb olunub: “Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi adından Anjelinaya məkt...
Kriminal
Firdovsi Ələkbərov özünə genral forması tikdirib. Bakıda Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Komitəsinin (İnternational Human Rights Defence committe (CIPDH)) saxta generalı həbs edilib.  Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, sentyabrın 22-də Nərimanov Rayon Məhkəməsi Firdovsi Ələkbərova qarşı üç aylıq həbs qərarı verib. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulan F. Ələkbərov Cinayət Məcəlləsinin 178.2.2 (Təkrar dələduzluq) v...
Cəmiyyət
Bakıda “Titan” və “Rational” şirkətlərinin təşkilatçılığı ilə aşpazlar üçün master-klass təşkil olunub. Bakucity.az xəbər verir ki, 30-dan çox aşpazın iştirak etdiyi master-klass zamanı onlara müxtəlif bişirmə texnologiyaları – SmartCooking, buxarda bişirmə, qızartma, mərhələli bişirmə və s. proseslər haqqında əyani üsullarla seminar keçirilib. Aşpazlara nə üçün “Rational”ın dünya bazarında buxar konvektomatları arasında lider olduğu və müxtəlif istehsalat...
Cəmiyyət
Paytaxtın Qaradağ rayonunda daş karxanasında ölümlə nəticələnən yanğın olub. Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, gecə saatlarında “Korgöz” daş karxanasında baş verən yanğında Nəzərov Xaləddin Ağa oğlu yanaraq ölüb. Ehtimala görə, yanğın daş karxanasının istirahət otağında başlayıb.  Qeyd edək ki, X.Nəzərov karxanada operator işləyib. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Hadisələr
Qəza nəticəsində bir nəfər xəsarət alıb Paytaxtın Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Bakucity.az-a Bakı Nəqliyyat Agnetliyindən (BNA) bildirilib. Belə ki, Qaradağ rayon ərazisində 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb. Agnetlik tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, hadisə 2 minik avtomobilinin avtobusun...
Cəmiyyət
Sabaha olan hava proqnozu açıqlandı Sentyabrın 24-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bakucity.az xəbər verir ki, gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.  Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-17, gündüz 24-26 dərəcə isti təşkil edəcək. Bakucity.az
Cəmiyyət
Sürücünün sükan arxasında halı pisləşib Bakıda polislər sükan arxasında halı pisləşən xanım sürücünün həyatını xilas edib.  Bakucity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə “Əhmədli” metrostansiyası yaxınlığında qeydə alınıb.  Belə ki, hərəkətdə olan 90 PK 778 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün sükan arxasında halı pisləşib. Həmçinin oxu: Bakıda gənc qızı vurub öldürən şəxslə bağlı ilginc faktlar - FOTO + VİDEO Ərazidə xidmət aparan pol...
Mədəniyyət
Heykəlin dəqiq yeri və ölçüləri müəyyənləşib Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəlinin Novruz bayramında qoyulması planlaşdırılır. Bakucity.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında heykəlin lahiyə rəhbəri, Xalq rəssamı Xanlar Əhmədov deyib. Heykəlin hazırlanması prosesinin başladığını qeyd edən Xalq rəssamı bildirib, “İçərişəhər” metrostansiyası qarşısında qoyulacaq heykəlin dəqiq yeri və ölçüləri müəyyənləşib.  “Hazırda heykəlin işçi modelini haz...