Bakıdan Batumiyə gedən təyyarə geri dönüb
Bakucity.az xəbər verir ki, Batumidəki qeyri-sabit hava şəraiti “Buta Airways”in saat 07:46-da Bakıdan yola düşən J2 9227 nömrəli aviareysi üçün problem yaradıb. Belə ki, hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb.
Reys Bakı vaxtı ilə saat 10:12-da Heydər Əliyev Aeroportuna uğurlu eniş edib.
Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Bakıdan Batumiyə yola düşəcək. (Oxu.az)
Bakucity.az