Bakıda əməliyyat keçirdi, silahlı şəxslər saxlanıldı – FOTO

Bakıda əməliyyat keçirdi, silahlı şəxslər saxlanıldı – FOTO

Onlardan odlu silah və bıçaq aşkarlanıb

Bakucity.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 13 və 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, üzərində odlu silah-sursat saxlayan şəxslərə qarşı uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxil olan məlumat əsasında Bakıxanov qəsəbəsində əvvəllər məhkum olunmuş paytaxt sakini Asim Hüseynov saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 11.5 qram narkotik vasitə heroin, habelə idarə etdiyi “Daewoo” markalı avtomobildən 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron, həçminin 1 ədəd bıçaq və 1 ədəd taxta dəyənək aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində aşkar edilən əşyaların ona məxsus olduğunu etiraf edib.

Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş paytaxt sakini Vasif Abdulov saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 0,900 qrram heroin aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq V.Abdulovun idarə etdiyi “Mitsubishi” markalı avtomobildən əlavə olaraq 31,119 qqram heroin, 29,450 qram metamfetamin, 1 ədəd “Toz-16” markal ov tüfəngi və 1 ədəd xəncər aşkar edilərək götürülüb.

Faktlarlabağlı toplanan materiallar əsasında Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdrımalar davam etdirilir. 

Qeyd edək ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bakıda əməliyyat keçirdi, silahlı şəxslər saxlanıldı – FOTO, fotoşəkil-1 Bakıda əməliyyat keçirdi, silahlı şəxslər saxlanıldı – FOTO, fotoşəkil-2 Bakıda əməliyyat keçirdi, silahlı şəxslər saxlanıldı – FOTO, fotoşəkil-3 Bakıda əməliyyat keçirdi, silahlı şəxslər saxlanıldı – FOTO, fotoşəkil-4

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər