Bakıda avtobuslarda gediş haqqı ilə bağlı yenilik var

Bakıda avtobuslarda gediş haqqı ilə bağlı yenilik var

"Bakı Kart"ın balansını internetlə artırmaq mümkün olacaq.

Bakucity.az xəbər verir ki, sözügedən yenilik bu ilin sonuna qədər həyata keçiriləcək. 

Bu barədə açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev kartlara pul yükləmək üçün şəhərdə quraşdırılmış terminalların işləməməsi barədə deyilənlərə də münasibət bildirib:

"Bu günə qədər həmin terminalların heç bir sıradan çıxmayıb, yalnız ara-sıra texniki problemlər yaşanır.

Dərhal əraziyə baxış keçirilir və həmin problemlər aradan qaldırılır. Hazırda "Bakı Metropoliteni" QSC-nin stansiyalarında 148, avtobus dayanacaqlarında isə 50-dən çox "Bakı Kart" terminalı var.

Bu terminallardan gün ərzində 100 mindən çox insan istifadə edir. Elə adamlar var ki, bir gündə 20 dəfədən çox yükləmə həyata keçirir”. (Report)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər