Bakıda mənzil almaq istyənlərə şad xəbər var

Öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesi başlayıb

Bakucity.az xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksinin 6-9 saylı binaları üzrə 10 mənzil, həmçinin 10, 11, 12 və 13 saylı binalarında yerləşən 243 mənzilin, ümumilikdə 253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesinə iyulun 12-də saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.

Satışa çıxarılan 253 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 11 518 nəfərdir.

“Bugünkü satış zamanı 253 mənzilin seçimində iştirak edənlərin sayı 1 906 nəfər olub. Bu saata olan məlumata görə, seçilmiş 253 mənzilin 245-i vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib”, - deyə MİDA-dan bildirilib.

Gözləmə qaydasında mənzillərin növbəti seçimi iyulun 14-də saat 11:00-da başlayacaq və iyul 17-si saat 00:00-dək davam edəcək.

Qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bunun üçün, istifadəçi müəyyən edilmiş müddət ərzində “Güzəştli mənzil” sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş üsulu (elana uyğun olaraq öz vəsaiti hesabına), mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır. Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və “Təsdiq et” düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər. Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Siyasət
Azərbaycan Ordusunun Qarabağ cəbhəsində keçirdiyi əks-hücum əməliyyatlarından sonra işğal altında olan Xankəndidə də təşviş yaranıb.BakuCity.az xəbər verir ki, bu barədə oxu.az sosial şəbəkələrə istinadən xəbər verib. Məlumata görə, Xankəndidə həyəcan siqnalı verilib.Azərbaycan Ordusunun layiqli cavabı ilə Ermənistan silahlı bölmələrinin yüzlərlə canlı qüvvəsi, hərbi texnikaları, dayaq məntəqələri məhv edilib.Bildirək ki, əks-hücum əməliyyatları ilə Füzuli...
Cəmiyyət
Füzuli rayonu azad edilib.   BakuCity.az xəbər verir ki, bu barədə Sosial Tətqiqatlar Mərkəzinin mətbuat xidməti məlumat verib.   Məlumatda bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri Füzuli rayonunu azad edib.    Daha ətraflı məlumat veriləcək. (aznews.az) BakuCity.az
Siyasət
Ermənilərə təslim olmaq barədə təklif olunub. Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq barədə təklif edilib. Müdafiə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun komandanlığı onu...
Cəmiyyət
Ermənistan Fövqəladə Hallar Nazirliyi cəbhə bölgəsində başlayan hərbi əməliyyatlarla bağlı təhlükəsizliyi əsas götürərək Zod – Kəlbəcər yolunu bağlayıb. BakuCity.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan xəbər verir.  Azərbaycan Ordusunun düşmən təxribatına qarşı işğal olunmuş torpaqlarımız - Qarabağda keçirdiyi cavab tədbirləri erməniləri qorxuya salıb, buna görə də Kəlbəcərə gedən yolu bağlayıblar.   Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələ...
Cəmiyyət
Azərbaycanlı blogerlər işğal olunmuş ərazilərimizdən video paylaşıb. Sfera.az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan videoda azərbaycanlı blogerlər Dağlıq Qarabağda olduqlarını bildirir. Hətta Erməni tərəfin videonu saxta adlandırmasının qarşısını almaq üçün bloqqer abidə üzərində bir qeyd də qoyub. Həmin görüntüləri təqdim edirik:
Cəmiyyət
Naftalanda bir evdə 4 nəfər ailə üzvü həlak olub. Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü həlak olmuşlar. BakuCity.az xəbər verir ki, "Sputnik Azərbaycan" hadisə baş verən evdən görüntüləri çəkib.  Qeyd edək ki, Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik...
Siyasət
Basarkeçər-Ağdərə avtomobil yolu vizual nəzarətinə götürülüb. Basarkeçər-Ağdərə avtomobil yolunun vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülməsi Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir. BakuCity.az  xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hər...
Cəmiyyət
"Dağlıq Qarabağda şimaldan cənuba doğru hərbi əməliyyatlar davam edir”. BakuCity.az xəbər verir ki, bunu Ermənistan Xarici işlər naziri Zohrab Mnatsakanyan Fransanın "France 24” telekanalına müsahibəsində deyib. "Bu, genişmiqyaslı əməliyyatlar bizi çox narahat edir”, - nazir bildirib. Mnatsakanyan rəsmi İrəvanın kompromisə hazır olduğunu bildirib: "Əlbəttə, münaqişənin Fransa, ABŞ və Rusiyanın daxil olduğu ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həllini is...
Cəmiyyət
Azərbaycanda qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalanıb. BakuCity.az xəbər verir ki, "Hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən, ümumi və ya qismən səfərbərlik Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilir. Azərbaycan Respublikasına hərbi basqın təhlükəsi olduqda və ya fövqəladə vəziyyət şəraitində Azərbaycan Respublikası Prezidentinin hüququ var ki, səfərbərlik elan etmədən lazımi sayd...