Bakıda ana və azyaşlı qızı itkin düşdü

Bakıda ana və azyaşlı qızı itkin düşdü

Polis hər yerdə onları axtarır

Bakucity.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsinin Savalan yaşayış massivində baş verib. 

Belə ki, sözügedən ərazidə yaşayan 1992-ci il təvəllüdlü Məmmədov Musa Bilal oğlu polisə müraciət edərək bildirib ki, bacısı və bacısı qızı itkin düşüb. 

1995-ci il təvəllüdlü Əhmədova Gülnar Bilal qızı azyaşlı övladı - 2014-cü il təvəllüdlü Əhmədzadə Könül Ədalət qızını da götürərək heç kəsə bir söz demədən evdən çıxıb. 

Fakt üzrə Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. (Oxu.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər