Paytaxtda iki yanğın hadisəsi qeydə alınıb
Bakucity.az xəbər verir ki, Qaradağ rayonunda ümumi sahəsi 40 m² olan mağazada elektrik tənzimləyici qurğu yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan 10 m² sahədə əriyib.
Xətai rayonunda isə ümumi sahəsi 60 m² olan mağazada 4 ədəd vitrin soyuducusu və içərisindəki ərzaq malları yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner əriyib.
Hər iki mağazanın qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qeyd edək ki, bu barədə Fövqəladə Hallar nazirliyi (FHN) məlumat yayıb.
Bakucity.az