Paytaxt səmasında dövrə vuran təyyarə ilə bağlı açıqlama verilib
Bakucity.az xəbər verir ki, bu gün səhər saatlarında paytaxt səmasında sərnişin təyyarəsinin bir neçə dəfə qalxma və enməsi, səmada dövrə vurması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Bununla bağlı “Azərbaycan Hava Yolları” (AZAL) rəsmi açıqlama verib. Bildirilib, AZAL-a məxsus “Airbus 320” təyyarəsi planlaşdırılmış uçuş təlimləri həyata keçirib:
“Təyyarənin qalxma və enməsi yerinə yetirilən təlimlərlə bağlıdır və narahatlıq üçün heç bir əsas yoxdur”. (APA)
Bakucity.az