Pivə ilə birlikdə dadlı soyuq qəlyanaltılar da verilir
Bakıda isti yay günlərində sərin bir məkanda pivə içmək istəyənlər az deyil.
Bakucity.az bu şəxslər üçün paytaxtda pivə içə biləcəkləri üç restoranın qiymət və xidmətlərini araşdırıb.
Bakıda ən məşhur pivə məkanlarından biri “PİVNAYA APTEKA” restoranıdır. Restoranın təkcə yaxşı pivələri deyil, həm də rahat interyeri diqqət cəlb edir: yumşaq yaşıl rəng, çobanyastığı rəflər, rahat divanlar və ən əsası dadlı pivə.
Bu restoranda Almaniya, Belçika, Türkiya, Amerika, Hollandiya, Azərbaycan istehsalı pivələr təklif edilir. Müştərilər burada “Erdinger”, “Hb dark”, “Efes” və s. digər məşhur istehsalçıların ən yaxşı pivələrini içə bilərlər.
Məbləğ sifariş edilən çeşid və bardaq sayından aslıdır. “Bomonti”, “Corona”, “Miller”, “Heineken”, “Xırdalan”, “Efes zero” kimi pivələri şüşədə də sifariş verə bilərsiniz.
Pivə üçün soyuq qəlyanaltılar, burgerdən əlavə olaraq salat və desert də seçə bilərsiniz. Bunlardan büdcəyə ən mübasibi isə qızarmış pendirdirdir - 8 manat
Ən bahalı menyulardan “Cool set” 65 manat, “Australian crawfish” isə 50 manatdır. Ən bahalı salatlar isə “Capchonniy lasosdab”, krivetkadan hazırlanan “Smoked salmon” və “Shrimps” salatlarıdır - 18 manatdır.
PIVNAYA APTEKA | Pivə | Soyuq qəlyanaltı | Salatlar | Burqer | Desert |
Erdinger - 1,5-29 AZN | Deep fried smoked cheese - 8 AZN | Greek salad - 9 azn | Salmon burger - 24 AZN | Fruit plate - 15 AZN | |
Efes - 4,6-25 AZN | Smoked fish plate - 24 AZN | Tuna salad - 10 AZN | 1 kg burger - 47 AZN | Cheesecake - 8 AZN | |
Hoegaarden 5,5 -29 AZN | Macho nachos 24 AZN | Spinach salad - 8 AZN | Georgian «bijo» burger - 13 AZN | Apple cake - 6 AZN | |
Bud - 8 AZN | Cheese plate - 15 AZN | Grill shrimps salad - 16 AZN | Vegetarian burger - 8 AZN | Tiramisu - 7,5 AZN | |
London pride- 9,50 AZN | Cool set - 65 AZN | Soup of the day - 5 AZN | Big boss burger - 16 AZN | İce cream (one ball) - 3 AZN | |
Xırdalan 3,5 AZN | Australian crawfish - 50 AZN | Mushroom soup - 5 AZN | Chicken mini - 11 AZN | Fried ice crem - 8 AZN | |
Corona 7 AZN | Steak fries - 19 AZN | Seafood chowder - 6 AZN | "12 reasons" burger set - 37 AZN | Panna cota - 5 AZN | |
Miller 7 AZN | Shrimps on shots dbl - 26 AZN | Borscht – 5 AZN | Mexican chili burger - 15 AZN |
Bakıda pivə içə biləcəyiniz ən yaxşı restoranlardan biri də “München Pub"dır. Məkanın müdiri Tariel Məmmədov bildirib ki, pivə sevənlər ən yaxşı alman və türk pivəsini onlardan sifariş verə bilərlər:
"Hansısa bir növ pivənin ən populyar olduğunu söyləmək düzgün deyil. Müştərilərin fərqli seçimləri olur. Biz bir nömrəli alman pivələri “Paulaner”, “Erdinger və məşhur türk pivəsi “Efes”i təqdim edirik”.
Menecerin sözlərinə görə, yarım litr “Efes” pivəsi 3,5 manat, yarım litr alman pivə isə 7 manatdır:
"Pivə üçün soyuq qəlyanaltılarla yanaşı bir çox yemək də sifariş edə bilərsiniz. Bizim menyuda geniş isti yeməklər var. Dörd nəfər üçün restoranda yemək 70-80 manata başa gələcək”.
“Compass Pub West” pivə restoranın administratoru Anar Abbasov bildirib ki, onlar Rusiya, Türkiyə, Almaniya, Amerika, Belçika, Belarus və yerli istehsal olan pivələr təklif edirlər.
Pivənin bir bardağı isə 2 manatdır. Burada soyuq qəlyanaltılarla yanaşı müxtəlif isti yeməklər və dəniz məhsulları sifariş edə bilərsiniz:
"Biz “Erdinger”, “Efes”, “Stella Artois”, “Hoegaarden” məşhur pivə çeşidlərini təqdim edirik. Ümumiyyətlə, böyük sifariş (İsti yemək, fərqli qəlyanaltılar, pivə birlikdə) adam başına 20 manatdır”.
Həmçinin, cümə və şənbə günləri restoranda canlı musiqi dinləyə bilərsiniz.
München Pub | Türk pivəsi | Alman pivəsi | Yemək (4 nəfər üçün) |
3,5 AZN | 7 AZN | 70-80 AZN | |
Compass Pub West | İstənilən pivənin 1 bardağı | ||
2 AZN |
Züleyxa İsmayılova
Bakucity.az