"Buta Airways" Bakı-Batumi aviareyslərinin sayını artacaq
Bakucity.az xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, bu ilin iyulun 17-dən sentyabr ayının 18-dək müvafiq istiqamətlərdə müntəzəm uçuşların sayı artırılacaq.
Bakıdan Batumi istiqamətində müntəzəm uçuşlara bu ilin iyunun 14-dən etibarən başlanılıb. Hazırda uçuşlar həftədə iki dəfə yerinə yetirilir.
Qeyd edək ki, yeni uçuşlar "Embraer E190", "Airbus 319" və "Airbus 320" tipli təyyarələrlə həyata keçiriləcək. (APA)
Bakucity.az