Bakı polisi “Sədərək”də əməliyyat keçirdi, saxlanılanlar var

Bakı polisi “Sədərək”də əməliyyat keçirdi, saxlanılanlar var

Ticarət mərkəzində 44 min manatlıq oğurlu baş verib

Bakucity.az xəbər verir ki, Lökbatanda yerləşən “Sədərək” ticarət mərkəzindəki mağazadan külli miqdarda oğurluq olub. Bununla bağlı mağazanın sahibi Elçin Ələsgərov polisə müraciət edib. 

O, şikayət ərizəsində qeyd edib ki, mağazada satılan yuyucu tozlar bu ilin martın 1-dən yoxa çıxmağa başlayıb və bu hal yulun 13-nə kimi davam edib. Bu müddət ərzində mağazadan 44 min 500 manatlıq yuyucu toz oğurlanıb. 

Aparılan əməliyyat tədbirləri çərçivəsində oğurluqda şübhəli bilinən iki nəfər saxlanılıb. Bunlar mağazada işləyən 23 yaşlı Asif Abbasov və 25 yaşlı Tural Abbasovdur. 

Bildirilib ki, mallar satılmaq məqsədilə oğurlanıb. Oğurluq faktı ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır. (Oxu.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər