Bakıda cinayətkar soyduğu adama 2 manat yolpulu verdi

Bakıda cinayətkar soyduğu adama 2 manat yolpulu verdi

Bakı sakini 8 il 3 ay azadlıqdan məhrum edilib

Bakucity.az xəbər verir ki, 22 yaşlı Səid Vəliyev Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə təqsirli bilinib.

O, indi mühakimə olunduğu Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında paytaxt sakini İlkin Abdulayevi qorxudaraq 11 manatını əlindən alıb. Sonradan Səidin İlkinə ürəyi yanıb, ona 2 manat yolpulu verib.

İlkin Abdullayev cinayətkarın ilk qurbanı olmayıb. O, bir neçə şəxsə qarşı da eyni əməli törədib. (Bizimyol.info)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər