Bakı metrosunda siqaret çəkənin kimliyi məlum olub
Bakucity.az xəbər verir ki, ötən gün sosial şəbəkələrdə yayılan görüntülərdəki şəxsin Sabunçu rayon sakini Fərəcullayev Ceyhun Vaqif oğlu olduğu müəyyən edilib. O, əvvəllər məhkum olunub.
Həmin görüntülər iyulun 15-də "28 May” - "Həzi Aslanov” stansiyaları arasında hərəkət edən vaqonda lentə alınıb.
Faktla bağlı Ceyhun Fərəcullayev barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 306.4 - metropolitendən istifadə qaydalarının pozulması, keçidlərdə və platformalarda, vaqonlarda siqaret çəkmə maddəsi ilə protokol tərtib edilib və o, cərimə edilib.
Qeyd edək ki, İXM-in 306.4-cü maddəsi üzrə cərimənin məbləği 50 manatdır. (Azxeber.com)
Bakucity.az