Bakı-2019: Festivalda iştirak edəcək idmançılarımızın sayı açıqlandı

Bakı-2019: Festivalda iştirak edəcək idmançılarımızın sayı açıqlandı

Yarışa 48 ölkədən ümumilikdə 3900 qonaq qatılacaq

Bakucity.az xəbər verir ki, Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan idmançılarının sayı dəqiqləşib.

Yığmamız yarışda 10 idman növündə 122 atletlə təmsil olunacaq. Ölkəmizin nümayəndə heyəti isə 198 nəfər təşkil edəcək.

Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər