BNA Bakıda keçiriləcək matç üçün xüsusi avtobuslar ayırdı

BNA Bakıda keçiriləcək matç üçün xüsusi avtobuslar ayırdı

Avtobuslardan matça bileti olan azarkeşlər istifadə edə biləcək

Bakucity.az xəbər verir ki, “Qarabağ”ın UEFA Çempionlar Liqasında Albaniya “Partizani”si ilə Bakıda keçiriləcəyi oyun zamanı azarkeşlər üçün xüsusi avtobuslar ayrılıb.

Bakı Nəqliyyat Agentliyi iyulun 17-də saat 18:30-dan 19:45-dək “Koroğlu” metrostansiyasından “Dalğa Arena”ya hərkət edəcək avtobuslar ayıracaq.

“Qarabağ” loqolu avtobuslara yalnız oyun biletini ilə giriş olacaq. Oyundan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan “Koroğlu”ya geri qaytaracaq.

Qeyd edək ki, matç saat 21:00-da başlayacaq.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər