Bakıda bu ərazilərdən ət almayın, çox təhlükəlidir!

Bakıda bu ərazilərdən ət almayın, çox təhlükəlidir!

AQTA qeyri-qanuni heyvan kəsimi ilə bağlı reydləri davam etdirir

Bakucity.az xəbər verir ki, növbəti reyd Nərimanov rayonunda keçirib. 

Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Nərimanov Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin yerli struktur bölmələrinin əməkdaşları rayonun F.Yusifov, Ə.Əliyev və Ağa Neymatulla küçələrində 12 ünvanda fəaliyyət göstərən məntəqədə olub. Məntəqələrdə satışda olan ətlərin üzərində möhürlərin olmadığı və bəzi kəsim məntəqələrində isə mənşəyi bilinməyən heyvan əti aşkarlanıb.

Yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər