Bakıdan Naxçıvana uçan təyyarədə nə baş verib? – AÇIQLAMA

Bakıdan Naxçıvana uçan təyyarədə nə baş verib? –  AÇIQLAMA

Bakı-Naxçıvana uçan təyyarədə problem yaranıb

Bakucity.az xəbər verir ki, 267 nömrəli reyslə uçan təyyarə havaya qalxarkən quş sürüsü ilə toqquşub. 

"Azərbaycan Hava Yolları" QSC-nın (AZAL) nümayəndəsi Paşa Kəsəmənski faktı təsdiqləyib. 

“Bu gün səhər saatlarında Naxçıvan-Bakı istiqamətində reys həyata keçirən “Azərbaycan Hava Yolları”na məxsus Airbus 320 təyyarəsi quş ilə toqquşub. Bu hadisə texniki göstəricilərə təsir etmədiyinə görə hava gəmisinin kapitanı uçuşu davam etdirmək qərarı alıb və uçuş ştat rejimində keçib", - deyə Paşa Kəsəmənski bildirib.

Təyyarə Bakıda uğurlu eniş edib, xəsarət alan yoxdur. (Baku.ws)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər