Bakıda ərəb turist küçədə qadını döyüb? - AÇIQLAMA

Bakıda ərəb turist küçədə qadını döyüb? - AÇIQLAMA

Bakı polisi faktla bağlı araşdırma aparır

Bakucity.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə Bakıda ərəb turistin qadını döyməsi ilə bağlı videoya münasibət bildirib.

İdarənin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı bunları deyib:

"Dəqiqləşdirilmədən yayılan videoməlumatda deyilənlər həqiqəti əks etdirmir, həmin yerdə ərəb olmayıb, sadəcə Azərbaycan vətəndaşları arasında telefonla yüksək səslə danışıq müşahidə olunub. Ərazi üzrə Nərimanov RPİ əməkdaşları yaxınlaşaraq vətəndaşları nizam-intizama dəvət edib". (Trend)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər