Bakıda bazarda gözlənilməz hadisə, 4 nəfər xəstəxanaya çatdırıldı

Bakıda bazarda gözlənilməz hadisə, 4 nəfər xəstəxanaya çatdırıldı

Hadisə yerinə təcili yardım maşınları cəlb olunub

Bakucity.az xəbər verir ki, “Meyvəli” meyvə və tərəvəzlərin topdan və pərakəndə satış bazarında kütləvi zəhərlənmə olub.

Səhiyyə Nazirliyindən bildirilib ki, təcili yardıma ilk çağırış saat 10.14 daxil olub. 

Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) çatdırıblar. Saat 10:52 də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib.

Təcili Tibbi Yardım briqadası həmin 3 nəfəri də Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklə şöbəsinə aparıb.

Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər. Xəstələr yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. 

Nazirlikdən bildirilib ki, hazırda xəstəxanaya çatdırılan şəxslərə lazımı yardımlar edilir. Vəziyyətləri orta-ağırdır. (Report)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər