Nərimanov rayonunda yol qəzası baş verib
Bakucity.az xəbər verir ki, gecə saatlarında metronun “Gənclik” stansiyasının yaxınlığında, “Peugeot” markalı taksi ilə ilə “Niva” markalı maşın toqquşub.
Qəza zamanı hər iki avtomobildə olanlar xəsarət alıb.
“Niva” markalı maşının sürücüsü ağır yaralandığı üçün xəstəxanaya aparılıb.
Sözügedən avtomobildə ərəb turistlər də olub.
Faktla bağlı araşdırma aparılır. (Baku.ws)