Paytaxtda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb
Bakucity.az xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinə müraciət edən 39 yaşlı V.Qurbanova bildirib ki, 2004-cü il təvəllüdlü qızı T.Qurbanova qaçırılıb. Azyaşlı qızı Həsən Mirzəyev küçəsində yerləşən evlərinin həyətindən qaçırıblar.
Hazırda əməliyyatçılar qaçırılan məktəblinin və onu qaçıran Əli adlı gəncin axtarışı ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirir.
Qeyd edək ki, Azərbaycanda mövcud qanunvericiliyə görə, evlilik yaşı 18, istisna hallarda isə 17-dir.
16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmaq isə cinayət məsuliyyətinə səbəb olur. (Azxeber.com)
Bakucity.az