FHN Bakıda gücləndirilmiş iş rejimində çalışacaq

FHN Bakıda gücləndirilmiş iş rejimində çalışacaq

Fövqəladə hallar naziri əmr imzalayıb

Bakucity.az xəbər verir ki, iyulun 20-28-də Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) gücləndirilmiş iş rejimində çalışacaq.

Oyunların keçiriləcəyi idman obyektlərində və ətrafında, qonaqların yerləşəcəyi otellərdə, habelə insanların kütləvi toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrin qarşısının çevik alınması, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılmasının təmin edilməsi məqsədilə nazirliyin aidiyyəti qüvvə və vasitələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər