Bakıda manyak peyda oldu, qadın alt paltarı oğurlayır - VİDEO

Bakıda manyak peyda oldu, qadın alt paltarı oğurlayır - VİDEO, Oral Aliyev

Bu barədə hadisə şahidləri bildiriblər

Bakucity.az xəbər verir ki, sözügedən şəxs Xətai rayonunun Xuda Məmmədov küçəsi 25 ünvanında, “Modern” idman əyləncə mərkəzinin yaxınlığında təhlükəsizlik kamerasına düşüb. 

Görüntülərdə orta yaşlı kişi zivələrdən qadın alt paltarlarını oğurlayır. Kişi ipdən asılan paltarların heç birinə dəymir. Yalnız qadın alt paltarlarını götürür.

Vətəndaşlar həmin şəxs barədə Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinə də müraciət ediblər. (Baku.ws)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər