Gürcüstan və Rusiyanın xalq artisti Bakıda çıxış edəcək - FOTO

Gürcüstan və Rusiyanın xalq artisti Bakıda çıxış edəcək - FOTO

Tamara Qverdtsiteli "Jara-2019" beynəlxalq musiqi festivalında çıxış edəcək

Bakucity.az xəbər verir ki, Gürcüstanın və Rusiyanın xalq artisti Tamara Qverdtsiteli paytaxtda sevilən mahnılarını səsləndirəcək. 

Gürcüstan və Rusiyanın xalq artisti Bakıda çıxış edəcək - FOTO, fotoşəkil-1

Bu barədə "Jara-2019"-un rəsmi "İnstagram" səhifəsində məlumat verilib:

"Gürcüstanlı sənətçi Tamara Qverdtsiteli kimi iştirakçılar hər hansı bir tədbirin statusunu müəyyənləşdirirlər. 

Gerçək bir pop əfsanəsi, təəccüblü timbre və sadiq bir qadın - 26  iyunda festivalın qonaqlarının qəlbini fəth edəcək".

Xatırladaq ki, Bakıda “Jara” beynəlxalq musiqi festivalı bu il 25, 26, 27 və 28 iyul tarixlərində keçiriləcək. Festivalın təşkilatçıları Azərbaycanın Xalq artisti Emin Ağalarov (EMİN), Rusiyanın əməkdar artisti Qriqori Leps, “Rusiya Radiosu”nun və “Qızıl Qramofon” mükafatının təsisçisi Sergey Kajevikovdur.  

Festivaın bu ilki informasiya dəstəkçisi Bakucity.az saytıdır. 

Züleyxa ismayılova

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər