Barmağında dəmir halqa qalan şəxs çətin anlar yaşayıb.
Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, bir nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb.
Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.
Bakucity.az