Bakıda o qadağa bu gecədən başlayır, 40 manat cəriməsi var

Sürücülərdən diqqətli olmaları tələb edilir

Bakucity.az xəbər verir ki, bu gecədən etibarən paytaxtın bəzi küçə və prospektlərində sarı zolaq qadağası qüvvəyə minəcək.

“Baku 2019” - Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar olaraq paytaxtın “Ziya Bünyadov”, “Q.Qarayev”, “Neftçilər”, “Atatürk”, “H.Ələsgərova”, “Azadlıq”, “Z.Əliyeva, “Tiblisi, “Moskva”, “Ü.Hacıbəyov”, R.İsmaylov və s. küçə və prospektlərində çəkilmiş sarı rəngli və xüsusi işarəli avtomobil zolaqları kameralar vasitəsilə tam nəzarətə götürülüb.

Sarı zolaqlar üzrə digər avtomobillərin hərəkət etməsi avtomobil sahibləri və sürücülərin inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Sürücülərə tövsiyə olunur ki, bu zolaqlar üzrə hərəkət etməsinlər.

Qeyd edək ki, bu zolaqlara icazəsiz daxil olan nəqliyyat vasitələri 40 manat məbləğində cərimə ediləcək.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
494 baxış oktyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Moskvada "Metrovaqonmaş" ASC ilə "Bakı Metropoliteni" QSC arasında müqavilə imzalanıb. BakuCity.az APA-ya istinadən xəbər verir ki, müqaviləni Azərbaycan tərəfdən "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov, Rusiya tərəfdən isə "Metrovaqonmaş" ASC-nin baş direktoru Boris Boqatıryov imzalayıblar. Qeyd edək ki, müqavilə 765 seriyalı 60 ədəd metro vaqonunun "Bakı Metropoliteni" QSC-yə tədarükünü nəzərdə tutur. BakuCity.az
Hakimiyyət
Prezident İlham Əliyev Hacıbala İbrahim oğlu Abutalıbovun Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə BakuCity.az Prezidentin Mətbuat Xidmətinə istinadən məlumat verir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də Baş nazirin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib. Qeyd edək ki, H.Abutalıbov 18 il (2000-2018) Bakı...
Cəmiyyət
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC və Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 28 sentyabr - 18 oktyabr tarixlərində Bakıda keçirilmiş Arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasında 100 tondan çox bal satılıb. ASC-dən BakuCity-az.a verilən məlumata görə, builki yarmarkada ölkənin 37 rayon və regionu üzrə 321 arıçı iştirak edib. Yarmarkada iştirak edən hər arıçıya satışa hər arı ailəsi üzrə...
Cəmiyyət
Bakıda itkin kimi qeydə alınan və axtarışa verilən 11 yaşlı F. Elmar oğlu Hüseynov tapılıb. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, azyaşlı anası tərəfindən şiddət gördüyü üçün evdən qaçdığını deyib. O, "Səni axtarıram" proqramına gələrək göz yaşları ilə anası Jalə Hüseynovadan imtina etmək istədiyini bildirib: Həmçinin oxu: Bakıda yeniyetmə qız və oğlan itkin düşüb "Anamdan imtina edirəm, onunla qalmaq istəmirəm. Məni döyür, nalayiq söyüşlər söyür...
Mədəniyyət
Oktyabrın 25-də Bakıda Azərbaycan İstiqlal Muzeyində “Sovet dövründə Türkiyəni Vətən seçənlər” mövzusunda fotosərgi açılacaq. Mədəniyyət Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, sərgi Azərbaycan İstiqlal Muzeyi və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə reallaşacaq. Sərginin məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra vətənimizdən mühacirət etmiş ziyalılarımızın, dövlət xadimlərimizin fəaliyyətini işıqlandırmaq, ulu önd...
Cəmiyyət
Bakıda daha çox "Şamaxinka" kimi tanınan ərazidə tikilməkdə olan yerüstü piyada keçidi neçə müddətdir müzakirə mövzusuna çevrilib.  BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, piyadaların narahatlığına səbəb kimi yaşlılar və əlillərin keçiddən rahat şəkildə istifadəsinin nəzərə alınmaması göstərilib.  Tikinti işlərinin başa çatmadığını açıqlayan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə narahatlığa heç bir səbəb olmadığını bəyan edib.  Qurumun...
İdman
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” - APOEL matçının hakimləri müəyyənləşib. BakuCity.az xəbər verir ki, qarşılaşmanı Slovakiyadan olan hakimlər idarə edəcəklər. Görüşün baş hakimi Filip Qlova olacaq. Ona Frantişek Ferenç və Yan Pozor kömək edəcəklər. Qeyd edək ki, “Qarabağ” - APOEL görüşü oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. BakuCity.az
Cəmiyyət
Çinin Sian şəhərindən Çexiyanın paytaxtı Praqaya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (TİTR) vasitəsilə 42 konteyner daşıyacaq qatar Bakı-Tbilisi-Qars yolu ilə, daha sonra da Bosfor (İstanbul) boğazı altından keçən “Marmaray” xətti vasitəsilə Avropaya gedəcək ilk yük qatarı olacaq. BakuCity.az-ın məlumatına görə, “Report” xarici KİV-ə istinadən yazır ki, noyabrın 5-də İstanbulda qarşılanma mərasimi keçiriləcək qatar “China Railway Express”ə məxsusdur....
Ekologiya
Bakıda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, oktyabrın 22-də paytaxtda havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda gecə 15-17, gündüz 20-22 dərəcə isti təşkil edəcək. At...