Avropa Yay Gənclər Olimpiya Festivalında millimizin bayraqdarı müəyyənləşib
Bakucity.az xəbər verir ki, İyulun 21-27-də Bakıda keçiriləcək festivalın açılış mərasimində iştirakçı ölkələrin paradı zamanı ölkəmizin üçrəngli bayrağını Hüseyn Məmmədov daşıyacaq.
“Judo Club 2012”nin üzvü yarışda Azərbaycanın cüdo yığmasının heyətində +90 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.
Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Yarış zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.
Açılış mərasimi iyulun 21-də saat 20:00-da başlayacaq. (APA)
Bakucity.az