Bakıda çimərlikdə boğulan gənc xəstəxanada ayıldı

Bakıda çimərlikdə boğulan gənc xəstəxanada ayıldı

Çimərlikdə bataraq boğulduğu deyilən gənc xəstəxanada ayılıb

Bakucity.az xəbər verir ki, Abşeron rayonunun Məmmədli kənd sakinləri olan 8 nəfər gənc Pirşağı çimərliyində batmaq təhlükəsi ilə üzləşib. Onlardan 6 nəfər ətrafdakıların köməkliyi ilə xilas edilib. Suda qalan iki nəfərdən biri çıxarılaraq 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Həkimərin müdaxiləsindən sonra hələlik adı məlum olmayan gənc ayılıb.  

Suda batan 2002-ci il təvəllüdlü ikinci şəxs, Sadiq Vüqar oğlu Abbasovun meyiti isə çıxarılaraq adiyyəti üzrə təhvil verilib. (Report)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər