DİQQƏT: Bakı sakinlərinə metro ilə bağlı vacib xəbər var

DİQQƏT: Bakı sakinlərinə metro ilə bağlı vacib xəbər var

Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bakucity.az xəbər verir ki, bu, Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlıdır. 

Qrumun bununla bağlı əməliyyat planı yarışların əhatə dairəsi, keçiriləcəyi məkanlar, həmçinin qonaqların hərəkət edəcəyi əsas istiqamətlər nəzərə alınmaqla tərtib olunub. Qatarların hərəkətinin təşkili və sərnişin axınının tənzimlənməsinə cavabdeh olan bütün sahələrə müvafiq tapşırıqlar verilib.

Ümumən sərnişinlərin təhlükəsizliyi və rahatlığı məqsədilə metropoliten stansiyaları və elektrik deposu gücləndirilmiş iş rejimi şəraitində fəaliyyət göstərəcək. 

Bununla bağlı əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən zərurət yaranacağı təqdirdə xəttə buraxılmaq üçün ehtiyat qatarların ayrılması nəzərdə tutulub. Yarışların sıx keçiriləcəyi məkanlara yaxın, şəhərin mərkəzi hissəsində yerləşən, həmçinin əsas sərnişin axını gözlənilən stansiyalarda növbətçilik cədvəlləri tərtib olunmaqla əlavə işçi personalın ayrılması planlaşdırılıb. Yarışlar zamanı kütləviliyi ilə seçilən tədbirlər – açılış və bağlanış mərasimləri zamanı yerüstü ictimai sərnişindaşıma nəqliyyatı ilə sıx inteqrasiya olunmuş fəaliyyət planı da işlənilərək hazırlanıb.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək.

Bakucity.az  

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər