Bakıda ağır yol qəzası, ölü və yaralı var - FOTO

Bakıda ağır yol qəzası, ölü və yaralı var - FOTO

Bakı-Ələt-Astara yolunda ağır yol qəzası baş verib. 

Bakucity.az xəbər verir ki, yolun Qaradağ rayonu ərazisindən keçən hissəsində “VAZ 2107” markalı avtomobil “KaMAZ” markalı yük maşınına çırpılıb. 

Qəza nəticəsində 27-BH-978 dövlət qeydiyyat nişanlı “VAZ 2107”-nin sürücüsü,1988-ci il təvəllüdlü Ağamalıyev Qürbət Novruz ağır xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. 

Avtomobildə olan digər sərnişin Cəfərov Lətif Razı oğlu hadisə yerində vəfat edib. Onun meyiti FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanılıb. (APA)

Bakıda ağır yol qəzası, ölü və yaralı var - FOTO, fotoşəkil-1 Bakıda ağır yol qəzası, ölü və yaralı var - FOTO, fotoşəkil-2 Bakıda ağır yol qəzası, ölü və yaralı var - FOTO, fotoşəkil-3 Bakıda ağır yol qəzası, ölü və yaralı var - FOTO, fotoşəkil-4 Bakıda ağır yol qəzası, ölü və yaralı var - FOTO, fotoşəkil-5

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər