Binəqədi rayonunda intihar hadisəsi olub
Bakucity.az xəbər verir ki, ötən gün gecə saatlarında Binəqədi rayonu, X.Hüseynov küçəsində yaşayan 1994-cü il təvəllüdlü Fərhad Eldar oğlu Quliyev evdə dərman içərək intihar edib.
İlkin məlumatlara görə, onun intihar etməsinə səbəb nişanlısından ayrılması olub.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanıb. (oxu.az)
Bakucity.az