Bakıda mənzildən ər-arvadın meyiti tapıldı

Bakıda mənzildən ər-arvadın meyiti tapıldı

Bakıda mənzildən iki nəfərin meyiti tapılıb

Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1942-ci il təvəllüdlü Məmmədova Esmira Tələt qızının və 1955-ci il təvəllüdlü Məmmədov Aydın Nizami oğlunun meyitlərini aidiyyəti üzrə təhvil veriblər.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər