Xəzər rayonunda kütləvi dava baş verib
Bakucity.az xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində yerləşən istirahət mərkəzində qeydə alınıb. Belə ki, beş nəfər naməlum şəxs 1984-cü il təvəllüdlü İsmayılov Xalıq Vaqif oğlunu döyüb. Nəticədə o, ağır bədən xəsarətləri alıb.
Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.
Hadisəni törədənlər Xəzər Rayon Polis İdarəsi tərəfindən axtarılır. (APA)
Bakucity.az