Bakıda qədim musiqi alətləri nümayiş olunacaq

Bakıda qədim musiqi alətləri nümayiş olunacaq

Paytaxtda “Musiqi alətləri: birlik və müxtəliflik” adlı sərgi açılacaq

Bakucity.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində baş tutacaq ekspozisiyada müxtəlif ölkələrin XVIII-XX əsrlərə aid 170-dən çox musiqi aləti nümayiş olunacaq.

Sərgidə təqdim edilən eksponatlar Azərbaycan, Albaniya, Bolqarıstan, Çin, Dağıstan (Rusiya Federasiyası), Əfqanıstan, Əlcəzair, Gürcüstan, Hindistan, İndoneziya, İraq, İran, Kipr, Qazaxıstan, Qırğızıstan, Liviya, Macarıstan, Makedoniya, Mərakeş, Misir, Monqolustan, Özbəkistan, Pakistan, Rumıniya, Serbiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Yəmən və Yunanıstana aid olub, musiqi alətləri arasında həm oxşarlığı, həm də fərqliliyi təcəssüm etdirəcək.

Ekspozisiya birlik və müxtəliflik prinsipinə əsaslanaraq bölmələrə ayrılıb.

Sərgidə hər bir musiqi alətini seyr etməklə yanaşı, onu dinləmək və ən əsası, həmin alətdə ifa xüsusiyyətləri ilə tanış olmaq mümkün olacaq. Bu məqsədlə ekspozisiyada video və audio yazıların fərdi qaydada dinlənilməsi üçün ekran və avadanlıqlar da quraşdırılacaq. 

Qeyd edək ki, hazırda sərginin açılışına hazırlıq işləri gedir. (Oxu.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər